“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev
Əsas səhifəXəbərlər

Xəbərlər

Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib

News Image

Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib

Sentyabrın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Xaçmaz rayonunda yerləşən “Təhsil” İstirahət Mərkəzində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib.

Tədbir Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə sentyabrın 7-dən 12-dək “Təhsil” İstirahət Mərkəzində keçirilən tələbə düşərgəsi çərçivəsində təşkil olunub.

Görüşdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru vəzifəsini icra edən Fərid Babayev, Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Bakı Avrasiya Universitetinin rektoru Siyavuş Qasımov və 700 -ə yaxın ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə giriş sözü ilə çıxış edərək tədbirin məqsədi və “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyəti barədə məlumat verib.

Daha sonra Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev qonaqlara AHİK rəhbərliyinin səmimi salamlarını çatdırıb və son illərdə həmkarlar hərakatında görülən işlərdən danışıb. İl ərzində komitə tərəfindən həyata keçirilən yay və qış düşərgələri, forumlar, intellektual yarışlar, idman tədbirləri, təlimlər, ekskursiyalar, mədəni proqramlar, könüllülük təşəbbüsləri və sosial layihələrin məhz bu məqsədə xidmət etdiyini diqqətə çatdırıb.

ETİHİ Respublika Komitəsinin sədri onu da vurğulayıb ki, qarşıdakı illərdə bu cür düşərgələr ixtisasyönümlü olacaq və tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamində daha innovativ layihələr həyata keçiriləcək. 

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan tədbirin əsas məruzəçisi Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar memarı Gülçöhrə Məmmədova şəhərsalma və memarlığın gələcəyi, müasir şəhər mühitinin formalaşdırılmasında yeni yanaşmalar və bu sahədə gənc mütəxəssislərin rolu barədə fikirlərini bölüşüb. Rektor çıxışında şəhərsalma və memarlıq sahəsində keyfiyyətli mütəxəssis hazırlığının vacibliyinə diqqət çəkib, tələbələri yeni biliklərə yiyələnməyə və yaradıcı düşüncəyə təşviq edib. Professor Gülçöhrə Məmmədova gənclərin gələcəkdə ölkənin şəhərsalma və memarlıq mühitinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı öz çıxışında  Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasına tələbələr üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirərərək son illər peşə təhsilinə gənclərin marağının əvvəlki illərə nisbətən daha çox olmasından həmçinin peşə təhsili müəssiələrində yüksək ixitsaslı texniki mütəxəssislərin hazırlanmasından bəhs edib. 

Daha sonra qonaqlar “Təhsil” İstirahət Mərkəzində ittifaq üzvilərinə yaradılmış şəraitlə tanış olublar. Sonda tələbələrlə ali təhsil müəssisələrinin rəhbərləri xatirə fotosu çəkdiriblər.

Qeyd edək ki, düşərgə çərçivəsində tələbələr üçün intellektual yarışlar,futbol, voleybol, şahmat yarışları, foto və film müsabiqələri keçiriləcək.

Ağdaşda ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərmiş məzunlarla görüş keçirilib.

News Image

Ağdaşda ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərmiş məzunlarla görüş keçirilib.

Avqustun 31-də Ağdaş Rayon İcra Hakimiyyətində 2026-cı ildə ali məktəblərə qəbul imtahanlarında 600 və daha yüksək bal toplamış məzunlarla görüş keçirilib.

Tədbirdə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı, aparatın məsul əməkdaşları, Rayon Təhsil Sektorunun müdiri, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdaş Rayon Komitəsinin sədri, direktor və ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərmiş məzunlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə məzunları təbrik edərək, onlara gələcək təhsil həyatlarında uğurlar arzulayıb. Dövlətin təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə həyata keçirilən tədbirlərdən bəhs edib.

Yüksək nəticə göstərən məzunlar çıxışlarında qazandıqları uğurlardan və gələcək hədəflərindən bəhs edərək onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Daha sonra ali məktəblərə qəbul imtahanlarında 600 və daha yüksək bal toplamış məzunlara “Fəxri Fərman” və hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

News Image

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar


Bolqarıstanın Albena şəhərində keçirilən Müəllimlərin XXII Yay İdman Oyunlarına yekun vurulub.


Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirak etdiyi beynəlxalq yarışlarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) təmsilçiləri uğurlu nəticələr əldə ediblər.


ETİHİ təmsilçiləri yarışları 4 birincilik və 2 üçüncülük olmaqla, ümumilikdə 6 mükafatla başa vurublar.


Mini-futbol üzrə komandamız final görüşündə Polşa təmsilçisini 5:4 hesabla məğlub edərək turnirin qalibi olub.


Stolüstü tennis üzrə komanda yarışlarında qadınlardan ibarət komandamız 1-ci, kişilərdən ibarət komandamız isə 3-cü yeri tutub.


Qadınlar arasında stolüstü tennis üzrə fərdi yarışda Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Rüfət Əliyeva 1-ci, Xətai rayonu 56 saylı tam orta məktəbin müəllimi Xəyalə Qiyasova isə 3-cü yeri tutub. Şahmat üzrə fərdi yarışda isə Şəmkir rayonu Kimya və Biologiya Təmayüllü Liseyinin müəllimi Bünyad Əsgərov 1-ci yerə layiq görülüb.


Sonda qaliblər Bolqarıstan Müəllimlər Birliyinin prezidenti Yanka Takeva, Bolqarıstan Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Todor Kapitanov, Bolqarıstan İşçilərinin İdman və Sağlamlıq Federasiyasının prezidenti, İşçilərin İdmanı üzrə Balkan Assosiasiyasının vitse-prezidenti Desislava Yagodin və Varna şəhərinin meri Blagomir Kotsev tərəfindən kubok və medallarla təltif olunublar.


Beynəlxalq yarış təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqində, eləcə də həmkarlar ittifaqı üzvləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynayır.


Qeyd edək ki, 2004-cü ildən etibarən keçirilən bu yarışlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş respublika idman yarışlarında yüksək nəticələr göstərərək seçilmiş ittifaq üzvləri iştirak edirlər.

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər

News Image

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər


Bolqarıstanın Albena şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirakı ilə Müəllimlərin XXII Yay İdman Oyunları keçirilir.


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) üzvləri də bu beynəlxalq yarışlarda iştirak edirlər.


Azərbaycan təmsilçiləri mini-futbol, stolüstü tennis, basketbol, çimərlik voleybolu və şahmat olmaqla 5 idman növündə mübarizə aparırlar.


Avqustun 27-28-də keçirilən yarışlarda ittifaq üzvlərimiz bir sıra uğurlu nəticələr əldə ediblər.


Mini-futbol üzrə komandamız qrup mərhələsini 6 xalla başa vuraraq yarımfinala yüksəlib. Yarımfinalda Bolqarıstanın “Vraça” komandasını 3:1 hesabı ilə məğlub edən təmsilçilərimiz finala vəsiqə qazanıblar.


Stolüstü tennis üzrə qadın və kişi komandalarımız da qrup mərhələsində keçirdikləri bütün qarşılaşmalarda qələbə qazanıblar. Qadınlardan ibarət komandamız 6 xalla, kişilərdən ibarət komandamız isə 8 xalla qrup mərhələsini lider kimi başa vuraraq final mərhələsinə yüksəliblər.


Şahmat üzrə fərdi yarışlarda Şəmkir rayon Kimya-biologiya təmayüllü liseyin müəllimi Bünyad Əsgərov I yeri tutub. O, həlledici qarşılaşmada Polşanın “ZNP” komandasının təmsilçisinə qalib gələrək yarışın qalibi olub.


Qeyd edək ki, Müəllimlərin Yay İdman Oyunları 2004-cü ildən etibarən ənənəvi olaraq hər il Bolqarıstanda keçirilir. Oyunlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr edilən ölkədaxili idman yarışlarında yüksək nəticələr göstərərək münsiflər heyəti tərəfindən seçilən ittifaq üzvlərimiz iştirak edirlər.


Yarışlar avqustun 30-dək davam edəcək.

13.06.2026-cı il tarixdə ETİHİ Ağdaş Rayon Komitəsinin əməkdaşları Ağdaş rayonu Qolqəti kənd tam orta ümumtəhsil məktəbində keçirilən “Son zəng” tədbirində iştirak ediblər.

News Image

13.06.2026-cı il tarixdə ETİHİ Ağdaş Rayon Komitəsinin əməkdaşları Ağdaş rayonu Qolqəti kənd tam orta ümumtəhsil məktəbində keçirilən “Son zəng” tədbirində iştirak ediblər.

13.06.2026-cı il tarixdə ETİHİ Ağdaş Rayon Komitəsinin əməkdaşları Ağdaş rayonu Qolqəti kənd tam orta ümumtəhsil məktəbində keçirilən “Son zəng” tədbirində iştirak ediblər.

Tədbir çərçivəsində məktəbdə uzun illər pedaqoji fəaliyyət göstərmiş və 2025-2026-cı tədris ili ərzində çalışmanın yaş həddinə çatmış müəllimlər - Yaxşı Muğumova və Nətavan İsgəndərova komitə tərəfindən yubiley münasibətilə təbrik edilmişdir.

Novruz bayramı münasibətilə silsilə tədbirlər təşkil olunub.

News Image

Novruz bayramı münasibətilə silsilə tədbirlər təşkil olunub.

Xalqımızın milli-mənəvi dəyərlərini, həmçinin xeyirxahlıq, birlik və həmrəylik kimi ənənələrini özündə əks etdirən Novruz bayramı münasibətilə Ağdaş rayonu üzrə təhsil sektoru və Elm və Təhsil İşçilərinin Həmkarlar İttifaqı Ağdaş Rayon Komitəsinin birgə təşkilatçılığı ilə bayram tədbiri keçirilmişdir.

Eyni zamanda bayramla əlaqədar üzv təşkilatlar tərəfindən silsilə tədbirlər təşkil edilmişdir.

https://www.facebook.com/atiahi.agdas.rayon.komit.si?__cft__[0]=AZZZU9IJCwhe3YgGTw61d3Bmt8VfNyulXH5HGymH1-Y-pO5l7DMAwp62YrVkpfKk2sXKUm1U9yERsk3boqqicotrdxCvAiCjsC4delPDNEaIhXZLGvzEtSvfhmVDvYQB5_PdEuBhQW5H8j3MmXfPU-k8TCkZ6mrtnU1GEGxpZIhWRg&__tn__=-UC%2CP-R

"Ana dilim - milli kimliyim" adlı esse müsabiqəsinin qalibləri təltif olundu.

News Image

"Ana dilim - milli kimliyim" adlı esse müsabiqəsinin qalibləri təltif olundu.


Ağdaş rayonu üzrə təhsil sektoru və Elm və Təhsil İşçilərinin Həmkarlar İttifaqı Ağdaş Rayon Komitəsinin birgə təşkilatçılığı ilə cari tədris ilinin fevral ayının Azərbaycan dili və ədəbiyyat fənn aylığı elan olunması, həmçinin 21 Fevral - Beynəlxalq Ana Dili Günü münasibətilə ümumi təhsil müəssisələrinin V-XI sinif şagirdləri arasında keçirilən "Ana dilim - milli kimliyim" adlı esse müsabiqəsinin qalibləri təltif olundu.

Müsabiqənin nəticələrinə əsasən:

I yer – Ağdaş şəhəri M.Şeyxzadə adına internat tipli texniki, humanitar və təbiət fənləri təmayüllü gimnaziyanın IX sinif şagirdi Zəkəriyyəyeva Məleykə Əfqan qızı,

II yer – Ağdaş rayonu Ağzıbir kənd tam orta ümumtəhsil məktəbinin VIII sinif şagirdi İsmayıllı Fərda Muğdət oğlu,

III yer – Ağdaş şəhəri T.İsmayılov adına 8 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi Kərimova Rəhimə İsmixan qızı diplom və hədiyyələrlə mükafatlandırıldılar.

Ağdaş rayonunda 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə velosiped idman növü üzrə rayon birinciliyi təşkil olundu.

News Image

Ağdaş rayonunda 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə velosiped idman növü üzrə rayon birinciliyi təşkil olundu.


Ağdaş rayonunda 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə velosiped idman növü üzrə rayon birinciliyi təşkil olundu.

Yarış Ağdaş Rayon İcra Hakimiyyəti, Ağdaş rayonu üzrə təhsil sektoru, Azərbaycan Velosiped İdmanı Federasiyası və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdaş Rayon Komitəsinin birgə təşkilatçılığı ilə keçirildi.

Yarışda Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı, cənab Orxan Hüseynzadə, Velosiped İdman Federasiyasının əməkdaşları, İcra Hakimiyyətinin əməkdaşları, təhsil işçiləri və məktəblilər iştirak etdilər.

Yarışda ümumilikdə 30-dan artıq oğlan və qızdan ibarət yeniyetmə və gənc idmançılar 3 yaş kateqoriyası üzrə mübarizə apardılar. Velosiped yarışı şəhərin Heydər Əliyev Meydanından start götürərək əvvəlcədən müəyyən edilmiş marşrut üzrə davam etdirildi.

Yarışın sonunda hər yaş kateqoriyası üzrə qaliblər təşkilatçılar tərəfindən kubok, medal, diplom və hədiyyələrlə təltif olundular.

https://www.facebook.com/atiahi.agdas.rayon.komit.si?__cft__[0]=AZYb0kK-1UmspyYfAbLvh2wqjh_cuJ2Z6cRs3q783EANMeD1h2HY6BL0f8f9BzhtDkluiEX96NKiYiOgWkmxxlz0b7uH-QxzZQBU4qbkNyppNnw2sqYwANekxzPsRMIAFSM&__tn__=-UC%2CP-R

"02 fevral – Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş intellektual bilik yarışı keçirilib.

News Image

"02 fevral – Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş intellektual bilik yarışı keçirilib.

Ağdaş rayonu üzrə təhsil sektoru və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdaş rayon komitəsinin birgə təşkilatçılığı ilə ümumi təhsil müəssisələrinin gənc müəllimlərindən ibarət komandalar arasında “02 fevral – Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş intellektual bilik yarışı keçirilib.

Bilik yarışında hər biri 6 nəfərdən ibarət olmaqla ümumilikdə 13 komanda iştirak edib.

Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışın nəticələrinə əsasən, Ağdaş şəhəri M.Şeyxzadə adına internat tipli texniki, humanitar və təbiət fənləri təmayüllü gimnaziyanın komandası I yerə, Ağdaş şəhəri 5 nömrəli ümumi orta ümumtəhsil məktəbinin komandası II yerə və Ağdaş rayonu R.Məmmədov adına Dəhnəxəlil kənd tam orta ümumtəhsil məktəbinin komandası isə III yerə layiq görülüb.

Qalib komandalar kubok, diplom və hədiyyələrlə mükafatlandırılıb.

https://www.facebook.com/atiahi.agdas.rayon.komit.si?__cft__[0]=AZbwywHNcsWMnu_kAASglqIEMtc99-T6ZJC57G3mZXU1ZrMeeWCGU-HU3Bn-LWqi1-j93NzuZ-ceMVEq6m2Lpb-qC3hu1AYaq1zWkcRkC7pK9X0c6xauNZBW2znriZvlkp8CvgcnwOxy-91CC2cspb4nG0vSNlIKo21YN4va_N5-iw&__tn__=-UC%2CP-R

Ağdaş rayonunda şəhidlərin məzarı ziyarət edildi.

News Image

Ağdaş rayonunda şəhidlərin məzarı ziyarət edildi.

20 Yanvar- qanlı və şanlı tariximizin 36-cı ildönümü qeyd olundu. Şəhidlərimizin əziz xatirəsi dərin hüzünlə və ehtiramla yad edildi.

https://www.facebook.com/atiahi.agdas.rayon.komit.si?__cft__[0]=AZbIzcHhNLwb1Q15OUNtoHXgsg-u9EJEBfmukgCUAI9Xw2_NivWX9iZetDfVkyji0khxXqRhmyGZyj1Kd7MDfV1hrbnCsUDWP8ZEw1KOk6SGejRnQlsINFgnW7AEvXGRQFXjE58JxJhFfz-FmHh7CCAVuTuy0XtmHPiDQX35BpOEfw&__tn__=-UC%2CP-R

Ağdaşda 31 dekabr 2025-ci il tarixdə şəhid övladları ilə görüş keçirildi.

News Image

Ağdaşda 31 dekabr 2025-ci il tarixdə şəhid övladları ilə görüş keçirildi.

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il münasibətilə şəhid övladları ilə görüş keçirilmiş və bayramları təbrik edilmişdir.

https://www.facebook.com/atiahi.agdas.rayon.komit.si?__cft__[0]=AZY_A1oAu23-VhyK-p6bw5Ain9d8Dnv8RrteYaGMIJLTweE5XzzyXsklPu9YSAIdwjiCVMPmeEerhjfPcaWXWR4R7lApjI3fGuBL_788GtF1_4BgX4TEryHbgOwiaJOLnKe2aKtxTCVCWx54okQB_f0MXtqwSOEVK6t1DHe1v9h18Q&__tn__=-UC%2CP-R

Ağdaşda "Tarixə sözlə toxunuş" adlı inşa müsabiqəsinin qaliblərini təltif edilmişdir.

News Image

Ağdaşda "Tarixə sözlə toxunuş" adlı inşa müsabiqəsinin qaliblərini təltif edilmişdir.

Ağdaş rayonu üzrə təhsil sektorunun və Elm və Təhsil İşçilərinin Həmkarlar İttifaqı Ağdaş Rayon Komitəsinin birgə təşkilatçılığı ilə ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilən "Tarixə sözlə toxunuş" adlı inşa müsabiqəsinin qaliblərini təltif etdik.

Müsabiqənin nəticələrinə əsasən:

I yer – Ağdaş şəhəri M.Şeyxzadə adına internat tipli texniki, humanitar və təbiət fənləri təmayüllü gimnaziyanın IX sinif şagirdi Zəkəriyyəyeva Məleykə Əfqan qızı

II yer – Ağdaş rayonu C.Şirinov adına Hüşün kənd tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi Nəsrullazadə Nahidə Rüfət qızı

III yer – Ağdaş şəhəri M.İsayev adına tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdi Abbasova Aytən Rəhman qızı mükafatlandırıldılar.

https://www.facebook.com/atiahi.agdas.rayon.komit.si?__cft__[0]=AZYivg_q6EzTMSkxcdNcIi9gHu924LDic5qOg_VXb_XCIBkBMhUpfeQDi00E02uOSbuoOErPukEo-QsG2osqMkxUsbmAl7ruJZc9z7R0Af_3Fj_0Tw9UeKvlS87LvEswL1GxKY5YkEJ2VNNpHkMIhF-Ps4YG1Hli8XS1ZdtQHHWKEQ&__tn__=-UC%2CP-R